adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 May 2018 13:12
12358
SİYASƏT
A- A+

Ərdoğan Cənubi Koreya ilə 4 müqaviləyə imza atdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya prezidenti Mun Jae arasında 4 anlaşmaya imza atılıb.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələri daha da möhkəmkləndirmək məqsədilə 4 məsələdə razılığa gəliblər.

Cənubi Koreyanın patytaxtı Seul şəhərində baş tutan ikili və nümayəndə heyətləri ilə birlikdə görüşlər zamanı " Ali təhsil sahəsində əməkdaşlıq haqqında memorandum”, "İnformasiya və kommunikasiya texnologiyaları, peyk və kosmik texnologiyaları sahələrində araşdırma və inkişaf etdirmək üçün əməkdaşlığa dair memorandum”, " Sənaye və Energetika Nazirliyi arasında razılıq” və " Səhiyyə və tibb elmləri sahəsində əməkdaşlığa razılıq” olaraq 4 müqavilə imzalanıb.

Bundan başqa iki lider Fələstin və Suriyadakı hadisələri, eyni zamanda Yaxın Şərqdəki vəziyyət barədə müzakirə aparıb, Suriyadakı hadisələrin sülh yolu ilə həll edilməsi üçün birlikdə səy göstərilməsini vacib olduğunu qeyd ediblər.