Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyəti artırıldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli 218 nömrəli fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Adalet.az-ın xəbərinə görə, fərmana əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqandır.
Sənəddə "İqtisadiyyat Nazirliyinin” sözləri "Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilib. Bu fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Digər Xəbərlər
17 Aprel 2024 21:00
Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
16 Aprel 2024 18:40Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO
16 Aprel 2024 18:17Azərbaycanda bu provayderlər cərimələndi
16 Aprel 2024 16:01Bakcell böyük dəyişiklər astanasında
15 Aprel 2024 09:56