adalet.az header logo
  • Bakı 12°C
01 May 2018 17:10
25664
TEXNOLOGİYA
A- A+

WhatsApp-ın rəhbərindən müəmmalı istefa

WhatsApp messencerinin həmtəsisçisi və eyni adlı şirkətin rəhbəri Yan Kum (Jan Koum) istefa verib.

"Bizim Brayanla (Akton – red.) WhatsApp-ı yaratmağımızdan 10 il keçib. Bu illər maraqlı insanlar ilə əsrarəngiz bir səyahət kimi idi. Amma yola davam etmək lazımdır. Mən elə bir vaxtda gedirəm ki, nə vaxtsa insanların WhatsApp-dan indiki qədər istifadə edəcəkləri heç vaxt ağlıma da gəlməyib. Bu səyahəti mümkün edən hər kəsə minnətdaram”,- deyə o, Facebook səhifəsində yazdığı kövrək sözlərlə vidalaşıb.

Adalet.az "Washington Post”a istinadla xəbər verir ki, Yan Kumun getməsinə səbəb Facebook ilə aralarında olan ziddiyyətlərdir. O, Facebook-un WhatsApp messencerində tətbiq olunan şifrələmə qaydalarını zəiflətmək istəməsi və istifadəçilərin haqqında şəxsi məlumatlar toplamaq siyasətilə razılaşmayıb.

Yada salaq ki, Facebook şirkəti 2014-cü ildə WhatsApp-ı 21,8 milyard dollara alıb. Hazırda 1 milyarddan artıq insan WhatsApp-dan istifadə edir.