adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 May 2018 16:46
13749
ELM VƏ TƏHSİL
A- A+

Nazir küçədə 5 min tapıb qaytaran məktəblini təltif etdi

İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonun məktəblisi Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edilib.

Trend-in məlumatına görə, nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib.