adalet.az header logo
  • Bakı 20°C
01 May 2018 16:12
15626
MƏDƏNİYYƏT
A- A+

Bığına görə efirə buraxılmayan, gürcü qızıyla məcbur evlənən dahi

Bu gün Beynəlxalq Caz günüdür. Bu münasibətlə Adalet.az kulis.az-a istinadən Azərbaycanın böyük cazmeni, dünya şöhrətli musiqiçi Vaqif Mustafadə haqqında maraqlı faktlar və əhvalatları təqdim edir.

Vaqifin gələcək həyat yoldaşı ləzgi qızı Nərminə xanım da burda təhsil alırdı. Onları Rüstəm İbrahimbəyov tanış etmişdi.

Vaqiflə Nərminə evləndilər. Həmin nikahdan Lalə Mustafazadə dünyaya gəldi. Amma Vaqiflə Nərminənin evliliyi uzun sürmədi. Onlar anlaşa bilmirdilər. Biri musiqiçi, o biri mühəndis. Bəlkə də Nərminə necə bir insanla ailə həyatı qurduğunun fərqində deyildi. Nəticədə onların münasibəti pozuldu. Nərminə xanım Laləni də götürüb getdi.

Vaqifin ifasını Vaxtanq Kikabidze bəyənir və onu "Orero” ansamblının rəhbərliyinə dəvət edir. O vaxt Bakıda caza maraq çox deyildi. İkinci həyat yoldaşı Elza ilə Tiflisdə tanış olur. Gürcü qızı özünü Vaqifə sevdirə bilir.

1966-1967-ci illərdə Tallində keçirilən festivalda Vaqif Mustafazadə Gürcüstanı təmsil etdi. O festivaldan sonra Vaqifi bütün dünyada tanıdılar. Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyev bundan sonra dedi ki, Vaqif ölkəsinə qayıdıb, Azərbaycanı təmsil etsin. Vaqif də Elza ilə birlikdə Azərbaycan qayıdır.

Elza hamilə idi. Amma Vaqif Mustafazadə ilə hələ evli deyildi. O zaman Vaqifin anası oğluna dedi ki, bala, ayıbdır, gərək sən Elza uşağı dünyaya gətirməmiş onunla evlənəsən. Və beləliklə, onlar ailə həyatı qurdular və Əzizə Mustafazadə dünyaya gəldi. Anası deyirmiş ki, Vaqif Elzayla məcbur evləndi. Əslində evlənmək istəmirdi onunla.


- O bığla necə yemək yeyirsiniz?

Vaqif Mustafazadə bığına sığal çəkib divardan asılmış Karl Marksın şəklini göstərir:

- O necə yeyirdi, mən də elə...


Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmişdir. 39 il ömür sürdü...

Caz-muğamın banisi Vaqif Mustafazadə 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır.

Vaqif Mustafazadə birinci evliliyini hamıdan gizlədirmiş. Gənc yaşlarında tez-tez Azərbaycan Dövlət Neft Akademiyasına gedir və gecələr orada təşkil edilən konsertlərdə musiqilər ifa edərdi. Akademiyanın bütün tələbələri Vaqifi çox sevirmiş.

Çox adam onu qəbul etmədi. Əsasən də sovetin düşüncə, zövq bozluğunda batanlar, bu bozluğun çərçivəsində qərar tutanlar Mustafazadəni görmək istəmirdilər. Musiqi məktəbini bitirəndən sonra Tahir Atakişiyev adlı direktor şəxsi antipatiyası səbəbindən onu ixtisasa yararsız kimi qiymətləndirir. Şəhərin ən güclü pionisti güc-bəla ilə musiqi texnikumuna daxil olur. Konservatoriyaya imtahan verərkən rektor Cövdət Hacıyevin tərsliyi ilə rastlaşır. Belə ki, Raxmaninovdan ifa zamanı son akkordu özü kimi vurur. Yəni Raxmanindən Vaqifə keçid edir. C. Hacıyevin də bu özünə əminlik xoşuna gəlmir və mübahisələrdən sonra ona yağlı bir "iki” yazır.

Onun bığı başına bəla olmuşdu. Hara gedirdisə, bığına görə sərt reaksiya görürdü. Hətta AzTv-nin efirinə buraxılmayıb. Amma Vaqifin inqilabçı ruhu heç bir qaydaya uymurdu.

Bir nəfər Vaqif Mustafazadədən soruşur:

- O bığla necə yemək yeyirsiniz?

Vaqif Mustafazadə bığına sığal çəkib divardan asılmış Karl Marksın şəklini göstərir:

- O necə yeyirdi, mən də elə...

Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmişdir. 39 il ömür sürdü...