adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 May 2018 16:06
35916
TEXNOLOGİYA
A- A+

Avtosfer.az 4 yaşını qeyd edir

Bu gün Avtosfer.az portalının 4 yaşı tamam olur. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən həyata keçirilən «Peşəkar sürücü; hüquq və vəzifələr» adlı layihə çərçivəsində 2014-cü ildə yaradılan portal qısa zaman ərzində özünə geniş oxucu kütləsi toplaya bilir.

Oxucular avtomobillər haqqında yeniliklər, yol hərəkəti qaydaları haqqında maarifləndimə məlumatlarını, o cümlədən maraqlı videoları portaldan izləyə bilirlər. Qayda pozan sürücülər, yol polisləri AvtosferTV-nin kameralarından yayınmır. Dəfələrlə portalda qayda pozan şəxslərin yaynmlanmış videoları öz nəticəsini verib.

Oxucularla interaktiv şəkildə işləyən portal "Suallara cavab” bölməsi ilə ünvanlanan suallara peşəkar ekspertlərin cavablarını təqdim edir.

Avtosfer.az-ın kollektivi hər zaman sürücülərə, piyadalara qaydaları pozmamağı tövsiyə edən maarifləndirici məlumatlar tədqdim edir.


Modern.az həmkarlara uğurlar arzulayır.