adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 May 2018 14:57
16505
İQTİSADİYYAT
A- A+

Azərbaycan İranla birgə neft şirkəti yaradacaq

Azərbaycan və İran Xəzər dənizində kəşfiyyat və hasilat işlərini həyata keçirəcək birgə neft şirkəti yaradacaq.

Adalet.az xəbər verir ki, bu barədə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani mətbuata açıqlamasında bildirib. O, deyib ki, birgə şirkətin yaradılması bu il martın 28-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı tərəflər arasında razılaşdırılıb.

Hazırda İran tərəfi lazımi işləri həyata keçirərək yeni birgə şirkətin qurulmasının hüquqi əsasını hazırlayır.(azvision.az)