adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 May 2018 12:38
61761
MARAQLI
A- A+

Aslan niyə meşənin şahıdır?

Sual: Aslanı nə üçün meşənin sultanı adlandırıblar?

Halbuki onda qorillada olan bədən gücü, ayının qolunda olan güc, yaquar sürəti, ceyran sıçrayışı,canavar qəddarlığı, kaftar acgözlüyü, tülküdə olan hiyləgərlik və sairə şeylər yoxdur. 

Cavab: Aslanın meşə sultanı adlandırılmasına səbəb onun davranış xüsusiyyətləridir. 

Aslan: 

1. Acmamış ov etmir. Deməli, xasiyyəti yırtıcılıq deyil. 

2. Acan zaman ehtiyacından artıq ovlamır. Deməli, görməmiş deyil. 

3. Ov üçün heyvanlardan ən güclüsünü seçir. Deməli, gücünü zəiflərin üzərində yoxlamır. 

4. Ov üçün hamilə dişiləri seçmir. Deməli, şəfqətlidir. 

5. Birinci ovdan sonra öncə ailəsinə ovu yeməyə icazə verir. Deməli, fədakardır. 

6. Heç vaxt yeməyin qalığını basdırmır və yaxud digər heyvanlar yeyə bilməsin deyə əlçatmaz yerə atmır. Deməli, xəsis deyil.