ANA SƏHİFƏ / HÜQUQ

Jurnalistlərə tikilən binadan "ev veren" redaktora 8 İL HƏBS

9273    |   2018-05-01 12:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

Adalet.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin vəkili çıxış edərək müvəkkili barəsində şərti cəza verilməsini xahiş edib.

Zərərçəkən çıxış edib ki, bu adam kiməsə arxayındır: "Nə istintaq, nə də məhkəmə bəzi detalları ortaya çıxarmadı. Görünür kimsə buna nəsə söz verib və deyib ki, səni çıxardacağıq. Bu bilmirdi ki, belə işlərin axırı pis olacaqdı".

Məhkəmədə son sözlə çıxış edən Gündüz Hüseynov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib: "Özümü qismən günahkar hiss edirəm. Mənim də elədiyim olub, amma hər şeyin çoxunu edənlər çöldədir".

Təqsirləndirilən cibindən iki körpə uşağının şəkilini çıxardaraq hakimlərə göstərib: "Bu uşaqları görürsünüz, bunların gələcəyini nəzərə almağınızı xahiş edirəm".

Xatırladaq ki, prokuror çıxışında Gündüz Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər kollegiyasının hökmünə əsasən isə, Gündüz Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum edildi.

Qeyd edək ki, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O bütün zərərçəkənlərə jurnalistləri tikilən binada ev verdirəcək vədi verib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Gündüz Hüseynov da bundan qabaq 3 dəfə məhkumluq yaşayıb.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK