Əbülfət MƏDƏTOĞLU: ZİRVƏYƏ DOĞRU

ƏBÜLFƏT MƏDƏTOĞLU
53575 | 2018-04-30 17:52

Öncədən deyim ki, nə o film barəsində xəbərimvar idi, nə də onun harada təqdim ediləcəyindən. Sağ olsun İqbal müəllimi, tələbəyoldaşımı deyirəm, Dövlət Universitetinin kafedra müdiri və həm də gözəl bəstəkarİqbal Ağayevi nəzərdə tuturam. O, zəng vurdu və bildirdi ki, tələbə yoldaşımızİlqarın atasının həyat yolu barəsində sənədli film çəkilib və onun Mətbuat Mərkəzindətəqdimatı olacaq, dəvətlisən...

Bizim tələbə yoldaşlığımızın yaşı çox qədimdivə bu illər ərzində biz həmişə bir-birimizin yanında olmuşuq. Amma İqbal müəllim"İlqarın atası barəsində sənədli film təqdim ediləcək” deyəndə anladım ki, söhbətAzərbaycanın çox dəyərli ziyalısı, böyük alimi, aydını, nurlu pedaqoqu, həm dəsözün bütün mənalarında cəsarətli kişilərindən biri olan Xalid Əlimirzəyevdəngedir. Ona görə də birmənalı şəkildə "Vaxtında orda olacam” dedim və oldum da.Elə buradaca onu da vurğulayım ki, mətbuat konfransı keçirilən filmin təqdimedildiyi zalda ayaq üstə durmağa da yer yox idi. Tək-tək hallarda təqdimatlarınbelə gur keçirildiyinin şahidi olmuşam. Doğrudur, bizdə incəsənət adamlarıylabağlı tədbirlər daha təmtəraqlı keçirilir, çünki oraya çal-çağır adamları dahaçox yığışır. Amma ciddi, torpaqla, elmlə, siyasətlə bağlı tədbirlərimizdə təəssüfki, bu çevrəni görmək hələ ki, mümkün deyil. Bax, bunu düşündüyüm anda ağlıma gələnilk fikirlərdən biri o oldu ki, bu auditoriyadakıların böyük əksəriyyəti Xalidmüəllimin tələbələri, dostları, pərəstişkarları, həmkarları idilər. Filmin təqdimatınabaşlamazdan öncə bildirildi ki, ssenari müəllifi Elşən Qəni olan və "Zirvəyədoğru” adlanan bu sənədli əsər böyük bir alim, ağır taxtalı kişi, sözü və şəxsiyyətibir-birini tamamlayan insan barəsindədir...


Filmin nümayişi başlayır. Zalda qəribə birsükut var. Hamı gözünü ekrana zilləyib. Çünki, ordan bu zala burda oturanlarınböyük əksəriyyətinin əbədiyaşarlığına inandığı Xalid Əlimirzəyev üz tutubdanışır. Açığını deyim ki, filmin xronoloji ardıcıllığı bir-birini tamamlayır.Zaman öz axarıyla gedir. Hadisələrin baş vermə anları yerindədir. Necə deyərlər,əlaqələr qırılmayıb. Elə görüntülərin özləri də bu dediklərimin arxa plandan daolsa reallığını təsdiqləyir, ona kölgə salmır. Filmdə mətni oxuyan, səsləndirənaktyor Azad Şükürovun səsi də adamı yormur, amma şəxsən mən burda bir rəngarənglikgörmək istəyərdim. Tutaq ki, təbiətlə, dağlarla, uşaqlıqla bağlı düşüncələrdəbir həzin səsə ehtiyac duydum. İstərdim ki, filmin həmin hissələrini fərqli birifa səsləndirəydi, monotonluqdan çıxaydı. Bu yanaşma təbii ki, tamaşaçı olaraqmənim istəyimdi. Amma o da var ki, filmin ssenarisi daha çox Xalid müəllimindürüstlüyü, mərdanəliyi, mübarizliyi, qətiyyəti və bir də bütöv kişi cəngavərliyiüzərində qurulduğundan ssenari müəllifi də, yaradıcı qrup da daha çox sanballısəsə üstünlük veriblər. Bu da onların öz yanaşmasıdır. Bütövlükdə isə filmdəkihər bir detal Xalid Əlimirzəyevi ifadə etmək üçün seçilib. İstər onun müharibəillərinin sonlarına düşən uşaqlığı, istər Dəmiryolu Texniki Peşə Məktəbi həyatı,istər tələbəliyi, istərsə də alimliyi, yazıçılığı, ədəbiyyatşünaslığı və bütünbunların hamısının içərisində də anbaan böyüyən kişi obrazı...


Burda bir haşiyə çıxım. Mən Xalid müəllimi üzbəüztələbəlik illərindən tanıyıram. Onun Dövlət Universitetinin ikinci, üçüncü mərtəbədəkidəhlizlərdə ağır, amma qətiyyətli addımları, qarşılaşdığı tələbələrlə özünəməxsustəbəssümlə görüşməsi tələbə salamını alması heç gözümün qabağından getmir.Ucaboylu, enlikürəkli, pəhləvan görünüşlü bir kişi, bir alim idi Xalid Əlimirzəyev.Bəzən adama elə gəlirdi ki, ona yaxınlaşmaq, söz soruşmaq olmaz. Ammayaxınlaşanda o qədər mehriban, mülayim bir halla qarşılaşırdın ki, bu görkəmləo münasibəti uyğunlaşdıra bilmir, heyrət içərisində qalırdın. Filmdə də budetallar qabardılaraq göstərilib.


Mən Xalid müəllimi Xalq Hərəkatının önündə dəgördüm, müharibənin ağır anlarında ön cəbhədə də. Hətta onunla Ağdamda,Qubadlıda da qarşılaşdım. Yaxınlaşıb görüşdüm. Özünəməxsus şəkildə dedi:

-Deyəsən bizim tələbələrdənsən, mənə tanış gəlirsən?

-Mən də bir az cəsarətlə - Həm də oğlunuzİlqarın tələbə yoldaşıyam, -dedim.

Bəli, Xalid Əlimirzəyev haqqın, kimsəsizin,arxasızın yanında dayanan, əlindən tutan alim idi, kişi idi. O, professor-alimkimi bir müddət çalışdığı Təhsil Nazirliyinin müavini kimi də dəyişmədi, necəvardı elə də qaldı. Xalid müəllim bütün yaradıcılığında, istər ədəbi-tənqidaraşdırmalarında, istər teatr tənqidində, istər bədii əsərlərində, xüsusilədram əsərlərində heç nəyi birtərəfli ortaya qoymadı. Hər şeyə həqiqətprizmasından baxdı və özünün güvəndiyi, inandığı, əmin olduğu həqiqət şəklindədə əsərə səhnə ömrü verdi, onu tamaşaçı qarşısına çıxardı. Filmin özündəki məqamlardanda aydın olur ki, Xalid Əlimirzəyev əqidəsi ilə əməli üst-üstə düşən alimdi,insandı, kişidi. Onun özünün yazdığı və filmdə də səsləndirildiyi kimi, onunböyük dayaq nöqtəsi, həyatının ən böyük xeyirxahı Mir Cəlal Paşayev olub. Öncətələbə kimi Mir Cəlal Paşayev ona yol göstərib, sonra onun elmi rəhbəri olub,namizədlik və doktorluq işlərinə rəhbərlik edib. Bir kafedrada çiyin-çiyinə işləməsinəxeyir-dua verib. Bütün bunları filmdə həm Xalid müəllim barəsində danışan Xalqşairi Nəriman Həsənzadə, həm akademik Arif Paşayev, həm filologiya elmləri doktoru,professor,Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nınhəqiqi üzvüNərgiz Paşayeva, Xalq şairi Sabir Rüstəmxanlı, şair Ramiz Rövşən,eləcə də Xalid müəllimin ailə üzvləri, tələbələri və digərləri ekrandan birdaha bizlərə çatdırdı. Tamaşaçı gördü və inandı ki, Xalid müəllim həm öz müəlliminəlayiq tələbə, həm öz xalqına layiq oğlu, həm də öz tələbələrinə layiq müəllimolub.


Bəli, film Xalid müəllimin həyat və fəaaliyyətininmüxtəlif məqamlarını da, yəni ayrı-ayrı vaxtların çəkilişlərindən götürülmüşepizodlarla cilalanıb. Onun musiqisi də çox həzindi və Xalid müəllimin öz vəsiyyətinəuyğun bir şəkildə doğulduğu kənddə dəfn olunması, qəbrinin də arzusuna rəğməndağa tərəf olması çox mətləblərdən xəbər verir. Bu, hardasa zirvənin bitmədiyini,üzü Tanrıya doğru yüksəldiyi anlamını da tamaşıçıya çatdırır. Elə filminmüzakirəsi zamanı gözəl sənətçimiz, Xalq artisti Flora xanım Kərimovanın, Xalidmüəllim haqqında kövrək çıxışı onun tələbələrinin, filmi səsləndirən Azad bəyin,həmçinin bu sətirlərin müəllifinin ilkin təəssüratına görə film alınıb. Yəni,"Dünya” musiqili Teleradio Şirkətinin istehsalı olan "Zirvəyə doğru” sənədlifilmi həyata vəsiqə alıb. Bu münasibətlə filmdə əməyi olan hər kəsə yaradıcılıquğurları arzu edirəm.



TƏQVİM / ARXİV