ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azərbaycan snayperləri EFES-2018 təlimində – FOTO

6926    |   2018-04-30 17:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyədə keçirilən EFES-2018 hərbi təlimlərinə qatılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri müxtəlif məşq proseslərinə start veriblər.

"AzeriDefence”nin Türkiyə bürosunun məlumatına görə, aprelin 29-dan snayperlərin hazırlıq məşqləri başlayıb. Snayerlərimiz məşqlərdə müxtəlif növ tüfənglərdən, o cümlədən M110 snayper tüfəngindən 600 metrədək məsafədə hədəflərə atışlar həyata keçirirlər.

Bu gündən isə xüsusi təyinatlılarımız gecə şəraitində paraşütlə tullanma məşqlərinə başlayır.

Qeyd edək ki, İzmir şəhəri yaxınlığında keçirilən hərbi təlimdə Türkiyə daxil olmaqla 23 ölkədən hərbçilər iştirak edir. Aprelin 27-də pentatlon üzrə yarışmada Azərbaycan xüsusi təyinatlıları birinci olublar. Ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə Pakistan ordu xüsusi təyinatlıları tutub.

Təlimin döyüş atışlı aktiv fazası 7-11 may tarixlərində keçiriləcək. Buna qədər isə iştirakçı ölkələrin hərbçilərinin qatılımı ilə hazırlıq təlimləri keçirilir.




İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK