adalet.az header logo
  • Bakı 21°C
30 Aprel 2018 12:30
58466
AVTOMABİL
A- A+

DİQQƏT! Bu küçədə hərəkət axşam saatlarında məhdudlaşdırılır

Bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Məhdudlaşdırma Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi iləhəyata keçirilir.