İki dəfə edam edilən şəxs
Villi Frensis (12 yanvar 1929 – 9 may 1947-ci il) – amerikalı qatil idi. O 1945-ci ildə (16 yaşında) Luiziana ştatında elektrikli stul ilə ölüm cəzasına məhkum edilmiş yeniyetmə, qaradərili cinayətkar idi. Onun başına gəlmiş hadisə elektrikli stulda edam cəzasının baş tutmadığı ilk hadisə idi. Lakin ölüm cəzası ikinci cəhd ilə həyata keçirilir. Bu cəhd vəkil Vertrand DeBlankın etirazına səbəb olur. Belə ki, vəkil bu qəddar və qeyri-adi cəza növünü 8-ci düzəlişin pozulması hesab edirdi.
3 may 1946-cı ildə Villi Frensisi elektrikli stula bağlayırlar. O işə düşdükdə
Villi qışqırır: "Söndürün onu, mən qızarıram”. Onu cəld bir şəkildə stuldan
ayırırlar və ölüm cəzasına məhkum edilmiş məhbusların olduğu kameraya
göndərirlər. Stul isə yoxlanışa göndərilir. Rəsmi məlumata görə, stulda
naqillərdən biri sıradan çıxıbmış. Belə olduqda, cinayətkarın vəkili Vertran De
Blank Frensinin layiq görüldüyü ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz
edilməsinə nail olmağa çalışır.
O ştat komissiyasına əfv qərarı ilə müraciət edir və iddia edir ki, ölüm
cəzasını həyata keçirən türmə əməkdaşları işi icra edən zaman sərxoş idilər və
Villiyə təhdid edirdilər. Lakin əfv komissiyası bunu cəza növünün
dəyişdirilməsi üçün tutarlı səbəb hesab etmir və ölüm cəzası qüvvədə qalır.
9 may 1947-ci ildə, 13:00 və 14:00 arası Villi Frensis uğurlu şəkildə edam edilir.