adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
30 Aprel 2018 10:13
7579
İDMAN
A- A+

Messidən daha bir rekord

"Barselona”nın futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

Qol.az-ın məlumatına görə, argentinalı hücumçunun rekordu İspaniya La Liqasının 35-ci turunda "Deportivo” ilə oyunda qeydə alınıb.

Çempionluğu rəsmiləşdirdikləri oyunda "Barsa”nın lideri het-trik etməklə bu mövsüm La Liqada vurduğu qolların sayını 32-ə çatdırıb. O, artıq 7-ci mövsümdür 30 qol həddinə çatır. İndiyədək La Liqada bunu bacaran olmayıb.

Qeyd edək ki, Messi 2009/10 (34), 2010/11 (31), 2011/12 (50), 2012/13 (46), 2014/15 (43) və 2016/17 (37) mövsümündə 30-dan çox qol vurub.