adalet.az header logo
  • Bakı 20°C
30 Aprel 2018 09:54
8041
İDMAN
A- A+

“Barselona” vaxtından əvvəl İspaniya çempionu oldu

İspaniya La Liqasında 2017/2018 mövsümünün qalibi müəyyənləşib.

Adalet.az-ın məlumatına görə, "Barselona" 35-ci turda "Deportivo"nı 4:2 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.

Bu qələbə ilə xalını 86-ya yüksəldən Kataloniya klubu yarışın bitməsinə 3 tur qalmış ən yazın izləyicisi "Atletiko" ilə xal fərqini 11-ə yüksəldib və rəqibləri üçün əlçatmaz olub.

Bununla da "Barselona" tarixində 25-ci dəfə ölkə çempionu adını qazanıb.