adalet.az header logo
  • Bakı 17°C
28 Aprel 2018 15:08
8728
SİYASƏT
A- A+

Abdulla Gül prezidentliyə namizədlik məsələsinə nöqtə qoydu

Türkiyənin keçmiş prezidenti Abdullah Gül yayda keçiriləcək növbədənkənar seçkilərdə prezidentliyinə namizədliyini irəli sürməyəcək.

Adalet.az "Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu haqda söz-söhbətlərə Abdulla Gülün özü nəhayət bu gün nöqtə qoyub.

Eks-prezident deyib: "Namizədliyimlə bağlı məsələ artıq müzakirə mövzusu deyil".

Xatırladaq ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək.

Seçkilərdə 11 siyasi partiya iştirak edəcək.