adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Aprel 2018 11:24
14698
KRİMİNAL
A- A+

Polis xüsusi əməliyyat keçirdi - İki silahlı tutuldu - FOTOLAR

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Əməliyyatlar barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd "Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.