ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Facebook” istifadəçilərinin dəqiq sayı açıqlandı

15730    |   2018-04-28 10:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Facebook” şirkəti martın 31-də başa çatan cari maliyyə ilinin birinci rübünə həsr edilən hesabat dərc edib. Sosial şəbəkənin əsas göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.

Adalet.az xəbər verir ki, rüb ərzində mədaxil 11,97 milyard dollara çatıb. Bu, gəlirlərin 8,03 milyard dollara bərabər olduğu əvvəlki maliyyə ilinin birinci rübünün nəticəsini yarım dəfə üstələyir.

İllik hesablamada xalis mənfəət 63 faiz - 3,06 milyard dollardan 4,99 milyard dollaradək artıb. Bir qiymətli kağıza nisbətdə gəlir 1,69 dollar təşkil edib. Bir il əvvəl bu göstərici 1,04 dollar olub.

Aylıq aktiv "Facebook” istifadəçilərinin sayı il ərzində 13 faiz yüksələrək 2,20 milyarda çatıb. Sosial şəbəkənin gündəlik aktiv "Facebook” istifadəçilərinin sayı 1,5 milyarda yaxınlaşaraq rübün yekunlarına görə 1,45 milyard (illik hesablamada +13 faiz) olub.

Qeyd edək ki, mədaxilin çox hissəsi reklamın payına düşüb: onun birinci rübdə ümumi gəlir həcmində payı 11,80 milyard dollar təşkil edib. Bir istifadəçiyə nisbətdə mədaxil 5,53 dollara bərabər olub. (qaynar.info)



İmza:
SON XƏBƏRLƏR
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK