adalet.az header logo
  • Bakı 21°C
27 Aprel 2018 17:54
10677
İDMAN
A- A+

İnyesta “Barselona”dan getdi –rəsmən açıqladı

Andres İnyesta gələn ayın sonu "Barselona”nı tərk edir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda 33 yaşlı futbolçu bu gün keçirdiyi xüsusi mətbuat konfransında bildirib.

"Bu, mənim "Barselona”dakı son mövsümümdür. Bu qərarı vermək üçün çox düşündüm. "Barselona” mənə hər şeyi verən dünyanın ən yaxşı klubudur” – deyə o qeyd edib.

İnyesta karyerasını Çinin "Çuntsin Lifan” klubunda davam etdirəcək. O, bu klubla 3 illik müqavilə bağlayacaq.

Xatırladaq ki, İnyesta "Barselona”da 2001-ci ildən çıxış edir. Bu klubla əfsanəvi oyunçu 31 mükafat qazanıb.