adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Aprel 2018 17:42
17232
ŞOU-BİZNES
A- A+

ABBA 35 il sonra qayıdır

İsveçin məşhur pop qrupu ABBA 35 il fasilədən sonra yenidən bir araya gəlib.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, qrup studiyaya girərək 2 mahnı səsləndirib. Bu barədə ABBA-nın rəsmi İnstaqram səhifəsində yazılıb:

"35 il sonra güclərimizi birləşdirməyin əyləncəli olacağını düşündük və studiyaya girdik. Özümüzü qısa tətildən dönmüş kimi hiss elədik. İki yeni mahnı yazdırdıq. İnanılmaz dərəcədə həzz aldıq”.

1970-80-ci illərin məşhur qrupu bu xəbəri ilə sosial şəbəkə izləyicilərini sevindirib.

ABBA-nın yeni mahnısının nə zaman yayımlanacağı isə hələlik bilinmir.