adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Aprel 2018 16:30
17471
MARAQLI
A- A+

İçkili keşiş sükan arxasında tutuldu

Ukrayna polisi uzun sürən təqibdən sonra nəhayət ki, alkoqollu içki alüdəçisi olan keşişi saxlayıb.

Adalet.az xəbər verir ki, polislər tərəfindən uzun müddət təqib edilən keşiş içkili halda avtomobil idarə etdiyi üçün saxlanılıb. Hüquq mühafizə orqanlarının "saxla" əmrinə qarşı çıxan keşiş sürətlə uzaqlaşmağa çalışarkən qarşı zolağa keçərək yük maşını ilə toqquşub.

Qəza zamanı avtomobildə bir nəfər xanım sərnişin yüngül xəsarət alıb. Polislər tərəfindən xanıma ilkin yardım göstərilib.

Alkotester yoxlaması zamanı keşişin qanında 1,19 promil alkoqol olduğu təsbit edilib və o, polis məntəqəsinə aparılıb.