adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Aprel 2018 14:55
10771
SİYASƏT
A- A+

Lavrov Qarabağa görə Məmmədyarova zəng etdi

Qarşı tərəfin təklifi əsasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.

Bunu Adalet.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Məlumata görə, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları müzakirə ediblər.