adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

BAKININ DƏRDİ VAR...

ŞƏFİQƏ ŞƏFA
200431 | 2018-04-28 11:02

Napaleon deyib: "Dahilər kəndlərdə doğulur, şəhərlərdə ölürlər”.Göründüyü kimi, kənd-şəhər söhbəti Napaleona qədər gedib çıxıb, yəni heç də təzəsöhbət deyil, heç də təkcə azərbaycanlıları əhatə etmir. Bütün dünyada – istərinkişaf etmiş, istərsə də inkişafdan qalmış ölkə olsun, hamı baş şəhərin sakiniolmaq istəyir. Bilərəkdən paytaxt yazmadım, çünki bəzi şəhərlər var ki,paytaxtı kölgədə qoyur. Hər halda heç kim İstanbulu qoyub Ankarada, Nyu-Yorkuqoyub Vaşinqtonda yaşamaq istəməz. Siyahı çoxdu: Mumbay Dehlini, Rio de JaneyroBrazilianı öz şöhrəti ilə keçib. Və insanların da əsas dərdi məhz bu şöhrətli şəhərədüşmək, oranın sakini olmaqdı. Əslində hamımız da yaxşı bilirik ki, məqsəd heçdə sosial təminat, daha yaxşı şərait deyil, sadəcə insanın içindəki həmin şöhrətqurdudu. Hindistanın bölgələri münbir torpaqlar, çaylar, təmiz iqlimlə zəngindi.Amma həmin bölgələrdə kimdi yaşayan?! Hindistanın yarım milyonu böyük şəhərlərdəkizibilxanalarda yaşayır. Hindistanı qoyaq bir kənara. Azərbaycanın bölgələriBakıyla yarışacaq qədər gözəlləşib, təmin olunub. Rayonlarda məktəblər var ki, Bakıdabəlkə də 10 ildən sonra belə məktəb olar ya olmaz. Nə də əvvəlki kimi odunsobası ilə, palçıqlı yollarda yaşamırlar. Yeri gəlmişkən, yağış yağanda Bakınınelə küçələri var, qayıqla keçmək olmur. Buna baxmayaraq, kəndlərdə ikimərtəbəli,yaşıllıq içində olan evini qoyub Bakının rütubətli, darısqal gecəqondusundakirayə qalırlar. Yəni söhbət göründüyü kimi təminat, şərait, işsizlik məsələsideyil. Bu sadəcə bəhanədi. Dava yorğan davasıdı. Napaleonun sözündəki o nüansadiqqət – "dahilər”. Əlbəttə o insan ki, özündə və ya övladında istedada, elmə,incəsənətə maraq və gələcək görürsə onun ucqar bölgədə qalmağı günahdı. Çünkibu insanlar öz gələcəklərini qurmaqla, həm də Vətənə, onun təbliğinə birbaşaxidmət edəcəklər. Belə insanlar dünyanın hər yerində qızıla bərabər tutulur.

Təbii ki, Azərbaycan insanının vətənin hər bir daşında haqqı var. Ürəyiistədiyi, özünü yaxşı hiss etdiyi hər bir guşəsində yaşaya bilər, necə kiyaşayır. Azərbaycanın on milyonluq əhalisinin tam yarısı Bakıdadı. Olsun, Bakıbir xörəkdisə, bölgələr onun duzu, ədvasıdı. Duz olmasa xörəyin dadı olmaz.Ancaq duzun çoxluğu da yaxşı deyil. Bakının abı onsuz da şorandı, bir az da şorolsa, duz gölünə düşərik. Amma Bakının dərdi başqadı, Bakının suyu duzlu olsada, çörəyinin duzu yoxdu. Bu şəhərdə təhsilini artırıb, vəzifə, pul qazananınsonda təşəkkür əvəzinə "Nə var e Bakıda, heyif deyil buz bulaqlı kəndimiz? Meşəsi,havası...” deməyi həqiqətən də ağrıdıcıdı. Təsəvvür edin, birinin evinə qonaq gəlirsən,yeyib-içib, dincini alıb, gününü gün edirsən. Sonda təşəkkür etmək əvəzinəadamın evinə, süfrəsinə lağ eləyirsən. Təsəvvür eləyəndə ağır gəlir, hər haldatəsəvvür qabiliyyəti olanlara. Yediyinin, içdiyinin, qazandığının haqqını verməklazımdı – əməyinlə, xidmətinlə, ən azından təşəkkürünlə. Hamımız heç olmasa buqədərini Bakıya borcluyuq.

Dediyim kimi dünyanın hər yerində şəhər-kənd söhbəti var. Moskvadasalam əvəzinə adamdan soruşurlar "gəlməsən, ya moskvalı?” Hətta efirlərə qədərbu sual gedib çıxıb. Sosial proqramlarda dərdini danışmağa çıxan adama verilənilk suallardandı. İstanbulda "doğma-böyümə istanbulluyum” cümləsini quranlarınsözündən öncə sinəsi qabarır. Xatırlayırsınızsa, bir Hollivud filmi vardı"Çirkin Koyot”. Filmin qəhrəmanlarından biri uğurlu iş qadınıdı. Səmimi münasibətdəolduğu bır qıza deyir ki, "Hamı məni nyu-yorklu bilir, amma əyalətdən gəlmişəm.Sən də mənim bu sirrimi heç kimə vermə”.Yəni şəhər şöhrəti istənilən ölkədə hamını öz cazibəsi ilə çəkir. Bu cazibəyədüşənlər də, əhatə dairəsindən kənarda qalanlar da danışır, danışacaq da. Çünkiinsanın ən yaxşı bacardığı cəhətidi danışmaq. Dil əldən daha qabiliyyətlidi. Sadəcəmövzu da külək kimidi, haçan əsdi, hayandan əsdi bir himə bənddi. Bu dəfə birdövlət qurumunun rəsmisi sözü Bakı küləyinə verdi. Ona qədər ictimai yerlərdə,elə sosial şəbəkələrdə, iş yerlərində hər fürsətdə danışılmırdımı? Bəs niyə həminxanımın təhqirdən uzaq, sadəcə bir gileyi bu qədər tikanlı oldu?! Rəsmi şəxsolduğuna görə? Gəlin etiraf edək ki, yox. Ürəyimizin dərininə enək, vicdan çoxvaxt oralarda "takılır”. İnsanları qıcıqlandıran bu gözəl, bərli-bəzəklixanımın gənc yaşında tutduğu mövqe, üstünlük verdiyi dil və yaşadığı lüks həyatidi. Kimi dindirsən, deyəcək ki, xalqın pullarıdı, sənin, mənim yerimi tutub.Camaatı da saymır, öz dilini bəyənmir. Nahaq danışdığını hər kəs bilir. İnanınrusdilli insanlar var, Azərbaycan üçün əlindən gələni edib, edir də. Xaricdə dəölkəni təmsil edənlər elə poliqlotlardı. Üstəlik rusdilli insanlarıqınayanların qarınağrısı heç də vətənpərvərlik deyil. Özləri bu dili bilsələr,bir kəlmə Azərbaycan dilində danışmazlar. Necə ki, Türkiyə türkcəsindədanışmağa üstünlük verənlər, qardaş ölkə təəssübkeşliyində deyillər. Sadəcəhansısa bir dili, dəbdə olan şivəni bilib, özümüzü bir-birimizə göstərməkdibizim dərdimiz. Hər bir baş şəhərin dillə bağlı öz tələbi var. Biri öz diliniqoyub ingilis dilinini tələb edir, digəri qərb sözləri ilə qarışmış əcaib türkcəistəyir, Bakınınkı də rus dilidi. Bu bineyi-qədimdən belədi, Bakıya gələndəbunu yaxşı bilirdiniz. Bakının çaldığına oynayanlar qazandı, havanın ritminituta bilməyənlər də "ana dili”nin ətəyinə bükülüblər. O ki qaldı qazanmağa,ingilis demiş: "Ağıllı adam kasıb olmur”. Vallah düz deyir, kimsə, kimsəninyerini tutmur, lap tutursa da tez oyanan qazanar. Fələyin dəyirmanında oturubçarxına tamaşa eləməkdənsə, o çarxın istiqamətini dəyişmək lazım idi. Əgərbacarmadınsa, günahı başqasında axtarma. Əlbəttə insan özünü təmizə çıxarmaqüçün özündən başqa hər kəsi günahlandırır. Yolda gedərkən ayağına daş ilişəryıxılarsan, durub daşı söyərsən, amma ayağının altına baxmaq, diqqətli olmaqağlına gəlməz. Mənim bir tələbə yoldaşım var. Bir şəhərdə böyümüşük. Eyni məktəbdə,universitetdə təhsil almışıq. Ali məktəbə girərkən də ballarımız təxminən eyniidi, eyni müəllimlərdən də dərs alımışıq. Amma indi mən yerimdə sayıram, o isəBöyük Britaniya kimi bir ölkənin əsas şirkətlərindən birində rəhbər vəzifətutur. Londonun tən ortasında yaşayır. İndi o mənim yerimi tutubmu? Mən bilirəmo bu yerə çatmaq üçün dişiylə-dırnağı ilə necə mübarizə aparıb. Mən isə omücadilə apararkən sadəcə şeir yazırdım. Məğlubiyyəti də qəbul etmək lazımdıki, səhvlərini görüb, gücünü toplayıb yenidən cəhd edə biləsən. Amma istənilənhalda bəzi şeyləri unutmaq olmaz – harda olursan ol, mədəniyyəti, ədaləti vəminnətdar olmağı.



TƏQVİM / ARXİV