adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Aprel 2018 13:08
8200
İDMAN
A- A+

Bakıda Formula 1 yarışları başladı

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisində pilotların birinci sərbəst yürüşü başlayıb.

Adalet.az-ın məlumatına görə, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.

"Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.Qran Prinin birinci günü Formula 1 sinfində iki sərbəst yürüş, Formula 2 sinfində sərbəst yürüş və təsnifat mərhələsi keçiriləcək.

Aprelin 28-də Formula 1 sinfində üçüncü sərbəst yürüş və təsnifat mərhələsi, Formula 2 sinfində isə birinci yarış keçiriləcək.

Üçüncü gün, aprelin 29-u Azərbaycan Qran Prisi, eləcə də Formula 2 sinfində ikinci yarış baş tutacaq.