adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Aprel 2018 12:43
54781
AVTOMABİL
A- A+

Bakıda bu yol 2 günlük bağlanır

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 28-də gecə saatlarından Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.

Qeyd olunub ki, sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altındanBakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidənHeydər Əliyevprospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik".