adalet.az header logo
  • Bakı 13°C
27 Aprel 2018 16:37
11650
ƏDƏBİYYAT
A- A+

Firuz Mustafanın hekayəsi Özbəkistanda çap olunub

Yazıçı-filosof Firuz Mustafanın "Rəqs” hekayəsi Özbəkistanda dərc olunub.

Adalet.az-ın verdiyi xəbərə görə, Daşkənddə çıxan "Şərq yulduzi” jurnalında yer alan hekayəni tərcüməçi Şəhla Qasımova çevirib.

Jurnalda oxuculara Firuz Mustafa haqqında məlumat da verilir.

Xatırladaq ki, Şəhla Qasımovanın tərcüməsində Firuz Mustafanın nəsr kitabı nəşriyyata təqdim olunub.