adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Aprel 2018 09:24
6671
İDMAN
A- A+

İsko da “Bavariya”ya qarşı oynamayacaq

"Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Bavariya”ya qarşı keçirəcəyi oyun öncəsi daha bir futbolçusunu itirib.

Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, İsko da Münhen klubu ilə matçda meydana çıxmayacaq.

26 yaşlı futbolçu dünən keçirilən görüşün əvvəlində çiynindən zədə alaraq meydanı erkən tərk edib. Müayinədən sonra məlum olub ki, İsko mayın 1-də keçiriləcək cavab oyununda da meydana çıxmayacaq.

Qeyd edək ki, "Santyaqo Bernabeu”dakı matçda "Real”ın digər aparıcı üzvü Dani Karvahal da forma geyməyəcək.