adalet.az header logo
  • Bakı 21°C
26 Aprel 2018 18:11
9479
MƏMLƏKƏT
A- A+

Binəqədidə Azərbaycan kinosunun 120 illiyi ilə bağlı tədbir - Fotolar

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Məkrəzi Kitabxanası Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə "Azərbaycan kinosu – 120” başlığı altında tədbir keçirdi.

Tədbirdə millət vəkili, yazıçı Aqil Abbas, R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədova, Binəqədi rayon MKS-nin direktor müavini Xuraman Ələkbərova, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova, İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva və baş kitabxanaçı Aygün Əliyeva iştirak etdi.

Tədbiri məktəbin direktoru Natəvan Əsədova açaraq qonaqları salamladı, Binəqədi rayon MKS-nin direktor müavini Xuraman Ələkbərova çıxış etdi. Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdlərə Azərbaycan kinosunun tarixi haqqında geniş məlumat verdi.



Daha sonra Binəqədi rayon MKS-nin baş kitabxanaçısı Aygün Əliyeva məktəbliləri kitabxananın fondundan seçilmiş və Azərbaycan kino tarixini özündə əks etdirən ədəbiyyatla tanış etdi, nüsxələri uşaqlara təqdim edərək onlar haqqında ətraflı danışdı.


Binəqədi rayon MKS-nin İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva Azərbaycan kinosunda müharibə mövzusuna toxundu. Müasir zamanda Qarabağ müharibəsini özündə əks etdirən "Dolu filmi” haqqında məlumat verdi.

Millət vəkili, yazıçı, "Dolu filmi”nin ssenari müəllifi Aqil Abbas çıxış edərək film haqqında geniş danışdı. Daha sonra məktəblilərin sualları cavablandırıldı.



Sonda "Dolu filmi” nümayiş olundu.

Tədbirin məqsədi məktəbliləri Azərbəycan kinosu ilə yaxından tanış etmək və məlumatlandırmaq idi.