adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2018 16:01
6895
MƏMLƏKƏT
A- A+

Bu yolda hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

Məhdudlaşdırma səhər saatlarınadək bir neçə saatlıq qüvvədə olacaq.