viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | BU - RAFİQ YUSİFOĞLUDUR Adalet.az | BU - RAFİQ YUSİFOĞLUDUR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BU - RAFİQ YUSİFOĞLUDUR

16019    |   2018-04-26 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rafiq Yusifoğlu - ədəbi prosesdə, məşğul olduğu elm sahəsində, mətbuat aləmində kifayət qədər tanınmış, yaradıcılığı ilə çoxdan etiraf olunmuş şair və publisistdir.Yaşının yetmişinə doğru inamla addımlayan, hər günü yazı masasının arxasında keçən bu insanla ilk dəfə 1975-ci ildən tanışam və bu tanışlığımız dostluğa da çevrilib. O dostluq ki, bir-birimizin yaradıcılığına qətiyyən biganə deyilik, aramızdakı münasibət həmişə səmimidir. Mən onun baş redaktor olduğu "Göyərçin" jurnalını həvəslə vərəqləyir, nəvələrimi yanıma çağırıb o jurnalda dərc edilən yazıları onlara oxuyuram.
Rafiq Yusifoğlu ciddi elm adamıdır, elmlər doktorudur, onun Azərbaycan poemasının inkişaf problemlərinə aid tədqiqatı bu mövzuda ən sanballı bir elmi əsərdir, "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi və müasir ədəbi proseslə bağlı qələmə aldığı onlarla məqalələri də onu bir tənqidçi və ədəbiyyatşünas kimi tanıdıb. Onun pedoqoji fəaliyyətindən də söz açmaq olar, uzun illər Sumqayıtda orta məktəbdə müəllimlik edib, indi isə daimi yaşayış yeri olan o şəhərdə - Pedoqoji Universitetdə çalışır. Professordur. İbtidai siniflərin bir çox dərsliklərinin müəllifidir və müasir uşaq ədəbiyyatının inkişafında da Rafiqin xidmətlərini unutmaq olmaz.
Rafiq Yusifoğlu haqqında bu bilgiləri ona görə təqdim etdim ki, onun yaradıcı fəaliyyətini göz önündə canlandırım. Sözə, ədəbiyyata, elmə bağlı bir insanı daha yaxşı tanıyasınız.
Ancaq mən bu təqdimatla kifayətlənib onu bir ŞAİR kimi təqdim etmək istəyirəm. Rafiq Yusifoğlunun "Yurdum-yuvam" adlı ilk şeirlər kitabı 1983-cü ildə nəşr edilib, amma ədəbi fəaliyyətə 1966-cı ildə başlayıb. İndiyə kimi iyirmidən çox şeir kitabı işıq üzü görüb və mən onun bütün şeir kitablarından söz açmağı qarşıma məqsəd qoymamışam, yalnız "Üçüncü qərinə" adlı hələlik sonuncu şeirlər kitabından söz açmaq istəyirəm. Çünki bir şeir kitabı da, hətta bir neçə şeiri də bir şair haqqında dolğun təsəvvür yarada bilər.
Altmış səkkiz yaşını ötmüş tanınmış bir şair artıq poeziya ömrünün payızını yaşayır. Payız fəsli özündə bütün fəsillərin gözəlliklərini yaşadır - yazın gül-çiçəkli, bahar rahiyəli, sevgi ilə dolu təbiətindən, yayın qızmarından, qışın qarından, bəyaz dünyasından bu fəsildə bir pay görərsən. Amma payızın da özünə görə, heç bir fəsilə bənzəməyən əlamətləri var. Küləyi var, ağacların budaqlarında saralmağa başlayan yarpaqları var, məhsul bolluğu var, çaylarının dəli-dolu kükrəməsi var, toyu var - büsatı var. Rafiq Yusifoğlunun bu payız ömrünə nəzər salanda da, o rəngarəngliyi - müxtəlif poetik cizgiləri görə bilirik. Yaşın altmış səkkizində də baharlı sevgi duyğuları insanı tərk etməz, içəridə -Məcnun eşqi yatan sinədə duyğuları alovlandırar:

Mənə göndərilən bir qom bənövşə
Qəlbimi köklədi yaz havasına.
Az qalır içimdə sellər oyana,
Sevgidən, heyrətdən gözlərim dolub.
Hər məni görəndə od tutub yanan,
Közərən yanağın dan yerin olub.
Dolub ciyərimə bənövşə ətri,
Dilimin ucunda əsir sözlərim.
Məni sevən, duyan çiçəkdən ötrü
Yağış əsirgəməz bulud gözlərim...
Gözləri dikilib aya, günəşə,
Gör şair nələrə ümid bəsləyir?!
Köksündən boylanan bir cüt bənövşə,
Məni bir əbədi yaza səsləyir!

Bir qom bənövşə ürəkdə əbədi yaza-sevgiyə çağırış deyilmi? Rafiq Yusifoğlu sevgi şeirlərində təbiidir, yaşanılan hissləri şeirə gətirir. Sevgi əzablarından da yazır, şirinliyindən də. Onun fikrincə, sevgi göylərinə arxa çevirmək həyatı adiləşdirər, ömrü qayğılar içində itirəcək, ürəkdəki sevgi çiçəkləri solacaq-saralacaq. Sevgi qəfil gələn selə bənzəyir, hər şeyi, hər şeyi yuyub aparır. Bəzən bu sevgi bahardan payıza adlayır. "Çırpır qanadını durna tək meşə, Qoşulub yellərə xəzəllər uçur". "Çölümə xəzəllər qızıl rəng qatıb, İçimi göynədir sevgi nəğməsi". Rafiq Yusifoğlu sevgi hisslərini ən qısa şeirlərində də obrazlı şəkildə ifadə etməyin nümunələrini yaradır:

Eşq oduna için-için közərdim,
Sevgi azman düşüncəymiş sən demə!
Xoşbəxtliyi uzaqlarda gəzirdim,
Gözlərinin içindəymiş sən demə!

Rafiq Yusifoğlu Qubadlının Çardaxlı kəndində dünyaya gəlib.Ta on altı yaşınacan bu kənddə yaşayıb. Amma indi:

Qəlbimə tuşlanan dərd nizə-nizə,
Saralıb yarpağım, solub güllərim.
Nə ata-anama, nə evimizə,
Nə də kəndimizə yetir əllərim.

Bəs qalan ömrümü kimə həsr edim?
Doğma diyarımda qəribəm, qərib.
Bu gecə əriyib sonsuz həsrətim,
Kənddəki evimiz yuxuma girib.

Ömrünün payızında belə sərt küləklər əsir. Analı-atalı dünya xatirələrdə yaşayır.
Rafiq Yusifoğlunun bir silsilə Qarabağ şeirləri var. Amma o, bu şeirləri "dəstədən geridə qalmamaq üçün" yazmır. Qarabağ dərdi onun içindədir.

Dərman tapa bilmirəm
Dərdimin əlacına.
Niyə gedə bilmirik
Qubadlıya, Laçına?
Neçə kəndlər, şəhərlər
Qalıb viran ağrıyır,
Vətən, haran ağrıyır?

Əlbəttə, bu misralardan ağrı-acı süzhülür və bu da təbiidir. O zaman ki, Cıdır düzündə Həsrət xalı toxuyur, Xarıbülbüllər hıçqırır. Amma istərdim ki, onun şeirlərində ümid, qələbəyə çağırış notları gurlasın. Mən Rafiqin Qarabağ şeirləri içində bu altı misralıq nümunəni misal gətirirəm ki, o şeirdəki fikir hamımızı narahat edir, gecə-gündüz düşündürür:

Ruhsuz könül
Cansız bədən
bədəndimi?
Şuşasız Qarabağ,
Qarabağsız vətən
vətəndimi?

Rafiqin poeziyasında yaşadığımız həyatın mənəvi mənzərəsi daha çox diqqəti cəlb edir. Həyatda, gerçəklikdə nə baş verirsə, onun ürəyindən keçir. Onu qocaların ağlamağı düşündürür, onlar nə itirəcəklərini bildikləri üçün ağlayırlar. Həyatın sevinc-qəm təzadları düşündürür onu. "Sevinc kükrəyib daşır, Qəm isə pıçıltıdı". Rafiq poeziyamızda fikir şairi kimi diqqəti cəlb edir. O, hər şeydə məna və mahiyyət axtarır, lakin filosofluq iddiasına düşmür, fəlsəfi fikir şeirin mənasına özü qoşulur, yəni sən o fikri adilikdən çıxarırsan. Amerikda, Los-Anjelos şəhərində gənclik haqqında düşünmək, ömrün ötən və itən illərini xatırlamaq olarmış...

Dünya öz işindədim bir əsr oldu yarı!
Üstümüzə çox çaxıb ayrılıq şimşəkləri.
Əlli il bundan əvvəl gördüyüm insanları
Görüşümə gətirib zamanın küləkləri.
Qəlbimizdəki sevgi bir dalğalı dənizdi,
Dünyanı dərk edəndən itirmişik dincliyi...
O şirin xatirələr bizə necə əzizdi? -
Ziyarətə gəlmişik yoxa çıxan gəncliyi.

Rafiq Yusifoğlu təbiəti, onun gözəlliklərini duyan şairdir. Onun sırf peyzaj şeirləri azdır, amma təbiətlə insan hissləri və duyğuları arasında harmoniya bu şeirlərin məzmununu təyin edir. Bakıda payız yağışını kimsə, hansı şairsə təsvir etsə, təbii ki, bu yağışın "rəsmini" əks etdirəcək, amma Rafiq Yusifoğlu Bakıdakı payız yağışında:

Sanki xatirələr çimir
Gözümün qaynar selində.
O qızın əlində xəzəl
Dönüb payız çiçəyinə.
Təşnə dodaqlarım qonub
Təptəzə gül ləçəyinə.

Rafiqin bir silsilə "Dəniz nəğmələri" var. Mənim fikrimcə, bu silsilə Rafiqin yeni kitabının ən gözəl nümunələridir. Xüsusilə, "Xəzərə yağış yağır" şeiri poetik bir tablodur. Sözlərin Xəzərləşməsi mənzərəsi.

Möcüzədir, sübh çağı
yağış yağır Xəzərə,
Çoxdan idi görmürdüm
belə gözəl mənzərə.
Günəş təzə qalxanda
suların qucağından,
Nəğmələr süzülürdü
buludun dodağından...
Elə bil ki, damcılar
sulara vurur naxış.
İncə barmaqlarıyla
xalı toxuyur yağış...
Belə gözəl təbiətdən, sevgi həyəcanlarından söhbət açan bir şairin satirk şeirlər yazması heç də təəccüblü deyil. Gözəllik varsa, antigözəllik də qaçılmazdır. Amma mən bu şeirlərdən heç bir misal gətirməyəcəyəm. Çünki Rafiqi satirik şair kimi tanımıram. O, gözəllik şairidir.
Rafiq Yusifoğlunun şeir dili, ümumiyyətlə şeir mədəniyyəti artıq tam formalaşmış bir şairin mövcudluğunu təsdiq edir. Şeirlərində sıx-sıx təsadüf etdiyim təşbehlər, metaforalar əksərən təzədir. Xüsusilə metaforalar. İnsanla təbiətin vəhdəti, insanın ağac, dəniz, ay, çöl, yağış görkəmində metaforikləşməsi, ya da təbiətin insaniləşməsi o şeirlərin bədii təsir qüvvəsini artırır. Şeirin gözəlliyi də elə budur.
Rafiqin yeni şeirlər kitabı barədə uzuq-uzadı söz açmaq niyyətim yoxdur. Amma bu qısa qeydlərimi onun bir arzusuyla bitirmək istəyirəm:

Onsuz da
ömür qısadı,
Onsuz da
haqq işidi ölüm.
Allahım, mənə elə
uzun ömür ver ki,
insanlara daha çox
yaxşılıq eləyə bilim!





YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK