adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2018 17:42
50993
AVTOMABİL
A- A+

Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq 26 aprel tarixində gecə saatlarında Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudlaşdırma 2 gün ərzində qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq Olimpiya stadionu ətrafında yerləşən yollardan istifadə etməklə istər Ziya Bünyadov, istərsə də Heydər Əliyev prospektlərinə rahat şəkildə çıxaraq yollarına davam edə bilərlər. Həmçinin Qara Qarayev prospektinə doğru olan yol da hərəkətə açıq olacaq.