ANA SƏHİFƏ / TEXNOLOGİYA

“WhatsAppdan qadağa: 16 yaşı olmayanlar girməsin!

7309    |   2018-04-25 17:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"WhatsApp” messenceri Avropa sakinləri üçün yeni yaş məhdudiyyəti tətbiq edəcək.

İKT.lent.az-ın "Reuters” agentliyinə istinadən məlumatına görə, əgər əvvəllər tətbiqdən 13 yaşdan sonra istifadə etmək mümkün idisə, mayın 25-dən 16 yaşdan aşağı istifadəçilərin "WhatsApp”a girişi məhdudlaşdırılacaq.

Növbəti bir neçə həftə ərzində istifadəçilər yeni xidmət şərtlərini və yenilənmiş məxfilik siyasətini qəbul edərkən yaşını da təsdiqləməli olacaqlar. Bununla belə, şirkətin istifadəçinin təqdim etdiyi yaş barədə məlumatları necə yoxlayacağı da sona qədər məlum deyil.

Məlumatlara münasibətdə başqa siyasəti olan "Facebook”un digər bir siyasəti mövcuddur. Belə ki, sosial şəbəkə 13-15 yaşlı avropalı istifadəçilərlə bağlı tamamilə başqa siyasətdən istifadə edir. Sosial şəbəkə səhifədə valideyninini və ya tərbiyəçisinin adını yazmağı tələb edir, çünki məhz o, məlumat mübadiləsinə imkan verməlidir. Əks halda, gənc istifadəçilər sosial şəbəkədə öz səhifələrini tam görə bilməyəcəklər.


İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK