ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı

8190    |   2018-04-25 13:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın ikinci "Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul "Arianespace” (Fransa) şirkətindən bildirilib.

Qeyd olunur ki, aaha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının "GSAT-11" peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilib.

Bildirilir ki, dəqiq tarix yaxın zamanlarda elan olunacaq.

Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

"Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq.

Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK