ANA SƏHİFƏ / HÜQUQ

4 vəkilin fəaliyyəti dayandırılıb, 2-nə xitam verilib

22884    |   2018-04-24 17:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan verilən xəbərə görə, Anar Bağırovun sədrliyi ilə keçirilən iclasda ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, habelə Rəyasət Heyətinin cari fəaliyyəti barədə iclas iştirakçılarına məlumat verilib.

İclasda həmçinin hazırda vəkilliyə qəbul üzrə həyata keçirilən işlər, xüsusilə vəkilliyə namizədlərlə Ədliyyə Akademiyasında aparılan icbari təlimlərin vəziyyəti qiymətləndirilib, icbari təlimi müvəffəqiyyətlə bitirən namizədlərin andiçmə mərasiminin təşkili məsələləri müzakirə olunub. Daha sonra iclasın gündəliyinə uyğun olaraq, şifahi müsahibə mərhələsini uğurla keçmiş sabiq vəkil və hakimlərin, habelə iki nəfər hüquq elmləri doktorunun, cəmi 17 nəfərin vəkilliyə qəbulu üzrə andiçməsi keçirilib, onlara gələcək vəkillik fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda, təşkilati məsələlərə baxılaraq, bir sıra vəkillərin iş yerinin dəyişdirilməsi, fərdi vəkilliyə buraxılmaları ilə bağlı qərarlar qəbul olunub, səmərəli vəkillik fəaliyyətlərinə görə bəzi vəkillər Rəyasət Heyəti adından təltif olunublar. Bundan başqa, iclasda qərara alınmışdır ki, vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar komissiya yaradılsın və ən qısa müddət ərzində komissiya araşdırmanın nəticəsinə dair müvafiq arayışı Rəyasət Heyətinə təqdim etsin.

İclasın davamında vəkil qurumları və fərdi vəkillər tərəfindən istifadə olunan hüquqi yardım haqqında müqavilənin yeni forması təsdiq olunmuş və 01.06.2018-ci il tarixdən həmin formanın tətbiqinin başlanılması qərarlaşdırılıb. İclasda vəkillər barəsində başlanılmış 29 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 4 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 1 vəkilə irad tutulub.



İmza:

Qusarda toyda qətl törədən şəxsə 10,6 il cəza verildi

Gözəl Bayramlının cəzası azaldıldı

Rüşvət almaqda təqsirləndirilən gömrük polkovnikinin məhkəməsi başladı

Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı

"Fədayə Laçının səhhəti ağırdır" - Vəkili

Toz fırtınası Avstraliyanı ağuşuna aldı

YÜZ YAŞLI ƏDLİYYƏMİZ

Vəkil: Fədayə Laçın prokurorun istədiyi cəza müddəti ilə razı deyil

Baş Prokurorluq: Daş karxanalarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib

Həyat yoldaşının boğazını kəsən şəxsə hökm oxundu

Azərbaycanda terror aktı törətmək istəyən erməni diversant məhkəmə qarşısında

Dələduzluqda təqsirləndirilən bağça müdiri məhkəmə zalında həbs edildi

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK