adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Aprel 2018 17:18
40209
HÜQUQ
A- A+

Hüseyn Abdullayev Baskı İstintaq Təcridxanasına köçürüldü

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylkı Bakı İstintaq Təceidxanasına köçürülüb.

Bu barədə Trend-ə H.Abdullayevin vəkili Ruhid Əkbərov məlumat verib.

Vəkil qeyd edib ki, H. Abdullayev bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilib. Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.

2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.