PA rəhbərindən Qarabağla bağlı önəmli açıqlama
"Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan öz torpaqlarını geri qaytararaq, sərhədlərini bərpa edəcək”
Adalet.az-ın məlumatına görə, bunu "ATV Xəbər”-ə açıqlamasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
Ermənistanda baş verən son hadisələrə münasibət bildirən PA rəhbərinin sözlərinə görə, ermənilərin uzaq planları var: "Bu plan ondan ibarətdir ki, onlar böyük dövlət yaratmaq istəyirlər. Bu dövlət dənizdən dənizə bir ideyadır. Çox səhv ideyadır. Buna heç vaxt nail ola bilməyəcəklər. Belə bir ideya ilə yaşayırlar. Bu ideyanın başında kilsə dayanıb. Bu gün Serj Sarkisan, sabah bir başqasıdır. Yəni onların bu ideyası var. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır. Möhkəm olmalı və bütün bu səylərin qarşısını almalıdır”.
PA rəhbəri daha sonra qeyd edib: "Biz istəyirik ki, məsələni diplomatik, danışıqlar yolu ilə həll edək. Çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir. Azərbaycan 15 ildə çox geniş inkişaf edib, çox böyük nəaliyyətlərə çatıb. Bu, cənab prezidentin fəaliyyəti, cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Azərbaycan bu gün dünyada tanınır. Bu, cənab prezidentin səyləri nəticəsində olan məsələdir. Cənab prezidentin də məqsədi ondan ibarətdir ki, danışıq yolu ilə, diplomatik yolla bu məsələni həll edək. Lakin bu baş tutmasa, istər-istəməz bizim başqa olumuz yoxdur. Biz sərhədlərimizi bərpa etməliyik. İstər-istəməz məcburuq müharibə yolu ilə məsələlərimizi həll edək”.
Digər Xəbərlər
19 Aprel 2024 13:32
"Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?" - Siyavuş Novruzov
19 Aprel 2024 13:05Vüqar Gülməmmədov parlamentdə hesabat verdi - YENİLƏNİB
19 Aprel 2024 12:17Məzahir Pənahov seçkiləri müşahidə etmək üçün Maldivə gedir
19 Aprel 2024 12:11"Bu, maliyyə pozuntularının erkən aradan qaldırılması üçün faydalıdır" - Komitə sədri
19 Aprel 2024 12:07