warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur Adalet.az | Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur

23207    |   2018-04-24 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən sabiq deputat Hüseyn Abdulayev Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsilə ittiham olunur.

Adalet.az xəbər verir ki, H.Abdullayevin hüquqlarını müdafiə edən vəkil Ruhid Əkbərov Modern.az-a bildirib ki, hazırda istintaq hərəkətləri davam etdirilir:

"Ona qarşı vergidən yayınma ilə bağlı ittiham irəli sürülüb. Dünəndən etibarən istintaq hərəkətlərinə başlanılıb, vəkili olaraq mənimlə görüş təmin edilib. Hazırda Vergilər Nazirliyinin İstintaq İdarəsində cinayət işi davam etdirilir”.

Hazırda külli miqdarda vergidən yayınma ilə bağlı istintaqı aparılan sabiq deputaın cinayət işinə yeni maddə əlavə ediləcəyi istisna olunmur.

H.Abdullayev 2013-cü ildə ölkə başçısına müraciət edərək, bəzi hakimiyyət nümayəndələrinin ona təzyiq etdiyini bildirmişdi. O, müraciətində ABŞ səfirliyinəbina tikilməsiüçün satmaq istədiyi torpaq sahəsinə sənəd ala bilmədiyini vurğulamışdı.

Sonra H.Abdullayev Azərbaycanı tərk edərək, Almaniyaya sığındı.

2013-cü ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev 23 aprel 2018-ci il tarixində Türkiyədə olarkən saxlanılaraq, Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Vergilər Nazirliyindən Modern.az-a H.Abdullayevin istintaq olunduğu bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2013-cü ildə sabiq deputat Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılıb.H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunmuşdu.

Xatırladaq ki, bəstəkar, "Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarının birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava düşmüşdü. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınmış, özü isə həbs olunmuşdu. Sonradan azadlığa buraxılan H.Abdullayev 2010-cu ildə 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək üçün iddialı olsa da, namizədliyi qeydə alınmadı.




İmza:

Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

Cahangir Hacıyevin müavini məhkəmədə üzünə durdu: “İstəməsəm də imzalayırdım”

Məhkəmələrdə problemli kreditlərin icraatı ilə bağlı işlərə baxılması təxirə salınıb

Azərbaycanda elektron qaydada məhkəmə işlərinin sayı 58,5 faiz artıb

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

Ali Məhkəmənin sədri: “Azərbaycanda məhkum edilən şəxslərin sayı azalıb”

"Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim

Anar Bağırov: “Məqsədimiz odur ki, bu il vəkillərin sayı 2000-ə yaxınlaşsın”

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb

"Reket" baş redaktorun məhkəməsində zərərçəkmiş: 300 manat verib yazını sildirdim

Anar Bağırov: “Məqsədimiz odur ki, bu il vəkillərin sayı 2000-ə yaxınlaşsın”

"Jurnalistlər açıq məhkəmə iclaslarını sərbəst şəkildə işıqlandıra bilərlər"

Məhkəmələrdə problemli kreditlərin icraatı ilə bağlı işlərə baxılması təxirə salınıb

Azərbaycanda elektron qaydada məhkəmə işlərinin sayı 58,5 faiz artıb

Ali Məhkəmənin sədri: “Azərbaycanda məhkum edilən şəxslərin sayı azalıb”

Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik qüvvəyə minib

Cahangir Hacıyevin müavini məhkəmədə üzünə durdu: “İstəməsəm də imzalayırdım”

SON XƏBƏRLƏR
2019-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Dəli kimi nə düşmüsən bu milçəklərin dalınca?

- Sakit ol arvad, 5 milçək öldürmüşəm, 3 - ü erkək, 2 - si dişi.

- Hardan bildin 3 - ü erkək, 2 - si isə dişidir?

- 3 - ü pivənin üstündə, 2 - sini isə telefonun üstündə öldürmüşəm.





digər lətifələr
ARXİV
FACEBOOK