Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur
Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən sabiq deputat Hüseyn Abdulayev Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsilə ittiham olunur.
Adalet.az xəbər verir ki, H.Abdullayevin hüquqlarını müdafiə edən vəkil Ruhid Əkbərov Modern.az-a bildirib ki, hazırda istintaq hərəkətləri davam etdirilir:
Vergilər Nazirliyindən Modern.az-a H.Abdullayevin istintaq olunduğu bildirilsə də, əlavə məlumat verilməyib.
Qeyd edək ki, 2013-cü ildə sabiq deputat Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılıb.H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunmuşdu.
Xatırladaq ki, bəstəkar, "Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarının birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava düşmüşdü. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınmış, özü isə həbs olunmuşdu. Sonradan azadlığa buraxılan H.Abdullayev 2010-cu ildə 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək üçün iddialı olsa da, namizədliyi qeydə alınmadı.