adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Gəlinqayırma zavodu - Emin Akif yazır

18153 | 2018-04-24 12:51

Qonşumuz Dürrə xala elə bir qız şəkili qalmamışdıkı oğlunagöstərməsin.Hələ mən toy kasetlərini demirəm.Nəhayət, kasetlərin birində bir qızı bəyənənoğlu Avdı "hə" deyib anasını qucaqladı. Qızı arayıb,sorub "hə"alıb, şad-xürrəm olandan sonra Dürrə xala ərinin yoxluğunu başına bağlayıb, Avdınınqoluna girib gedir "hə"ngamənin üçüncü mərhələsinə.

Bu mərhələnidə uğurla keçən anayla bala əvvəlcə bankdan "hə", sonra restoranlaqiyməti razılaşıb "hə" alır. Və bu minvalla toy da olur, ana muğamına rumkalar daqalxır. İki ildən sonra yola getməyən Avdı ilə Minayə boşanmaq qərarına gəlir. Nöşün?

O şün ki, Avdı gözünə döndüyüm toy gecəsi topu doqquzluğavurandan sonra bambarder olmaq qərarına gəlib. Minayənin vəziyyəti məlum,olmaz. Avdı başlayıb feysbukda profil-profil özünə təzə qapı gəzməyə ki, təzəbir-birindən maraqlı qollar vursun. Dostlarına da zəng vurub "bomba gəlinnömrəsi" istəyib.

Bu sürətlə, texnikayla 2 il ərzində Avdı Minayəyə başqa 17başqa qapıya qol vurmaqla xəyanət edib. Minayə isə cəmi vurulan qolların üçündənxəbərdar olub. Əşşi,bu da məlum ki, biz ataların üç dəfəsindən ibrətalanlardanıq və Minayə də bir bağışlayıb, iki bağışlayıb, üçüncü dəatalarımızdan keçib boşanmaq qərarını verib. 

Avdı anasına "ay ana, vəziyyət pisdir,bir şey fikirləş"deyibən peşmanlayanda Dürrə xala "uşağı düzəldəndə məndə hə almışdın? Get,başına çarə qıl,qızı razı sal" deyib üz çevirir. Minayə öz atasına dərdinideyəndə "qızım, sənin o evdən ancaq meyidin çıxa bilər, get, qaxıl otur ərininyanında" deyib üz çevirir. 

Sonra Minayə ailəsindən əlini üzüb uşağını sinəsinə basıbXoşqədəmin hüzuruna gedir. Xoşqədəm də ki, nə Xoşqədəm. Rusiyadan gətirdiyikişilər indi də Almaniyaya qaçır. Minayənin problemi 3 veriliş müzakirəolunandan sonra hüquqşunasın birinə tapşırılan Minayənin boşanma məsələsi buyolla həllini tapır. 

Minayə artıq boşanmış qadın statusuna malik qadındır. Birmüddətdən sonra o bir bəyə aşiq olur.

Bunlar bir xeyli görüşür, xoşbəxt macəralar yaşayırlar. Bəyanasına ürəyini açıb deyəndə ki, bir xanımla tanış olmuşam və boşanıb, biruşağı da var, aləm dəyir bir-birinə. Bundan sonrasını, yəni Minayəni bir xeylimərhələdən keçirib uzada bilərəm, amma bu işə televiziyamızın  serilları baxır. Ağıla gələn və gəlməyən bütünideyalarla iki sevən cütlüyü birləşdirməyən senarist-rejissor heyətlərinin haqqınagirə bilmərəm.

Özünüzdənyaşca böyük xanımlarla min hoqqadan çıxıb 30 yaşına çatanda evlənməyə 18 yaşlıqız axtarırsınız. "Soyulmuş konfeti yeyərsən, yoxsa cığaralı?"sualını əlinizdə silah eləmisiniz. Qalmısınız bir pərdənin əlində girinc. Nəticəbudur:

Kişilərimizbakirə olmayan qadınlarla 50 manat verib çay evlərində, otellərdə, masajsalonlarında işini gördükləri üçün zehinlərində bakirə olmayan xanım pozğunkimi qalır. Bu şüura əməllicə hopur. Elə bilirlər ki, hər bakirə olmayan qızgündə bir kişiylə yatır. Və beləcə hamı öz "karniz"inə yeni pərdəaxtarır. 

Bugünlərdə özünü metroda qatarınaltına atan qızın cibindən çıxan məktub bu cəmiyyəti necə narahat etməyə bilər?Onun yaşı keçdiyinə dədəsi yaşda verən atasını günahlandırmağı ciddi məsələdir.Əsas məsələ isə qızın talış bölgəsindən olmağıdır. O bölgənin adamları özləri dəqızları tez ərə verdiklərini etiraf edirlər. Amma niyə? Qızı özbaşına qoysan yazurnaçıya gedər, ya halvaçıya – deyib öz dostuna vermək istəyirdilərmi? İntiharacizlikdir, amma necə? Qadınların bu vəziyyətdə, ağır mentalitet şərtləri,ata-qardaş basqısı altında intihara əl atmaqlarının səbəbi əllərində başqakartlarının olmamağıdır. Qızlar ya qaçmağı seçirlər, ya da ölməyi. Yuxarıdayazdıqlarım da bu qızın taleyinə bərabər yüklü problemlərdir. Biz niyə başadüşmürük ki, 18 yaşını keçmiş hər bir insanın öz seçim haqqı var və onlaryalnız valideynləri ilə məsləhətləşə bilərlər. Kim istəsə 30 yaşında, kim istəsə25 yaşında ailə qura bilər.

Dedim axı,elə bil, gəlinqayırma zavoduna düşmüşük, gəlinqayırma.

TƏQVİM / ARXİV