adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Aprel 2018 11:53
10905
KRİMİNAL
A- A+

Axtarışda olan 25 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların 20-i "isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.