adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Aprel 2018 19:26
6953
GÜNDƏM
A- A+

Deputat Fuad Muradova vəzifə verildi

Deputat Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-də "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində işləyib.