adalet.az header logo
  • Bakı 13°C
23 Aprel 2018 19:14
10207
GÜNDƏM
A- A+

Səfər Mehdiyev Gömrük Komitəsinə sədr təyin edildi

Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Səfər Məmməd oğlu Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Xatırladaq ki, bu təyinatadək S.Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri nin I müavini olub.