adalet.az header logo
  • Bakı 21°C
23 Aprel 2018 17:47
10005
SİYASƏT
A- A+

“Prezident gənc kadrlara böyük etimad göstərir” - Ramiz Mehdiyev + VİDEO

"Hesab edirəm ki, yaxşı olacaqdır. Bu gün də rəhbər vəzifələrə təyinatlar olacaq”.

Adalet.az xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə açıqlamasında deyib. Onunu sözlərinə görə, prezidentin məqsədi ondan ibarətdir ki, nazir vəzifələrinə, ümumiyyətlə isə rəhbər vəzifələrə gənc və bacarıqlı, güclü mütəxəssislər, xarici dilləri bilənlər və müasir tipli kadrlar təyin olunmalıdır:

"Bunları da cənab prezident həyata keçirir. Bu günlərdə də təyinatlar olacaq. O, təyinatlara baxıb görəcəksiniz ki, həqiqətən də cənab prezident gənc kadrları irəli sürür və onlara böyük etimad göstərir”.