ANA SƏHİFƏ / HÜQUQ

MTN generallarına HÖKM OXUNDU

11854    |   2018-04-23 16:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovanın rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

 Bakı Hərbi Məhkəməsinin hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyanın hökmündə öz əksini tapıb.

Qərara görə, hökm qanuni qüvvəyə minəndən sonra hər üç general Prezidentin sərəncamı ilə verilən general rütbəsindən məhrum ediləcək.

Bundan başqa, DTX-ın 1 milyon manatlıq mülki iddiası təmin edilib.

Zərərçəkmişlərin isə mülki iddiası qismən təmin edilib. "Əhəd Abıyevin" epizodu üzrə iddia təmin edilməyib. Hökmdə həmin hissə ittihamdan çıxarılıb.

Təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə həbs qoyulub.

16:00
Generallardan Teymur Quliyev 12 il, polkovnik Fuzuli Əliyev 14 il, Zaur Məmmədov və Natiq Alıyev 10 il 6 ay, Eşqin Əliyev və Anar Şirəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qadın general Natəvan Mirvətovaya isə 5 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Fərhad Atayev və Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

15:39

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov prosesdə hökm oxuyub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

09:56

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri - generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatır.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi olan hakimlər kollegiyası uzun müddət davam edən müşavirədən sonra bu gün hökmü elan edəcək. Hökmün elanı Sabunçu rayon Məhkəməsinin inzibati binasında saat 11-də başlayacaq.

Xatırladaq ki, prokuror çıxışında Sübahir Qurbanov və Teymur Quliyevə 16 il, Natavan Mirvətovaya isə 12 il azadlıqdan məhrumetmə cəzası tələb edib. Natavan Mürvətovanın hökm zamanı məhkəmə zalında qandallanması da hakimdən tələb edilib.

Dövlət ittihamçısı Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 13 il , Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Həmçinin prokuror çıxışında hər 3 generalın rütbəsinin alınması ilə bağlı prezidentə təqdimat göndərilməsini, digər polkovnik və zabitlərin də rütbəsinin alınmasını istəyib. Prokuror çıxışında onu da qeyd edib ki, DTX-nın qaldırdığı 1 milyon manatlıq mülki iddia da təmin olunsun. Prokuror çıxışında zərərçəkmişlərə vurulan ziyan və təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi ilə bağlı məhkəmədən qanunauyğun qərar çıxarmasını xahiş edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər. Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub. Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.




İmza:lent.az
SON XƏBƏRLƏR
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK