adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Aprel 2018 16:45
5265
İDMAN
A- A+

Baş məşqçi azarkeşləri təhqir etdi

"Napoli”nin baş məşqçisi Mauritsio Sarri "Yuventus” azarkeşlərini təhqir edib.

Adalet.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dünən Turin klubu ilə səfər oyunu öncəsi baş verib. "Napoli”nin avtobusu "Alyans – "Yuventus” stadionuna daxil olarkən Sarri yerli fanatlara orta barmağını göstərib. O, bunu onların bənzər hərəkətinə cavab olaraq edib.

Qeyd edək ki, "Yuventus” – "Napoli” matçı qonaqların 90-cı dəqiqədə (Kalidu Kulibali) vurduğu qol sayəsində 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.