adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Aprel 2018 16:14
9795
İDMAN
A- A+

İlin ən yaxşı oyunçusu

"Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərədə 2017/18 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Adalet.az-ın xəbərinə görə, bu haqda Peşəkar Futbolçular Assosiasiyasının rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Qalib bu qurumun apardığı rəy sorğusu əsasında müəyyənləşib. Misirli futbolçudan əlavə mükafata David de Xea ("Mançester Yunayted”), Kevin de Bruyne, Leroy Sane, David Silva (hamısı "Mançester Siti”) və Harri Keyn ("Tottenhem”) də namizəd olublar.