adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2018 16:09
4816
GÜNDƏM
A- A+

Belçika kralı prezidenti təbrik edib

Belçikalıların kralı Filip İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri. Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm. Ölkələrimizi birləşdirən dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanın rifahı və bütün soydaşlarınızın xoşbəxtliyi üçün ən xoş arzularımı çatdırıram”.