adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Aprel 2018 15:24
12126
GÜNDƏM
A- A+

MÜDAFİƏ NAZİRLİYİ BAŞINI AĞRIDIR, DƏYİRMAN BİLMƏDİKLƏRİNİ ÜYÜDÜR

Müdafiə Nazirliyi dəfələrlə bəyanat yayıb, dəfələrlə qəzet və sayt baş redaktorları ilə görüşüb və xahiş edib ki, hərbi məsələlərlə bağlı bir qədər həssas olsunlar, daxili senzuraya, vicdan senzurasına əməl eləsinlər.

Kimə deyirsən, xeyri yoxdu. Ermənistanda ara qarışıb, yiyəsi itini tanımır, ölkə bir partlama halındadı. Belə bir vaxtda Ermənistan Müdafiə Nazirliyi xalqın milli hisslərindən yapışaraq mitinqləri sakitləşdirmək üçün dalbadal məlumatlar yayırlar ki, Azərbaycan öz qoşunlarını, eləcə də ağır texnikasını Qarabağda cəbhə bölgəsinə yerlişdirir və yerləşdirməkdə davam edir, yəni hər an müharibə başlaya bilər. Təbii ki, bu Ermənistan hakimiyyətinin daxili siyasətinə yönləndirilmiş ciddi bir addımıdı.

Bizim qəzetlər və saytlar da erməni mənbələrinə və Ermənistan Müdafiə Nazirliyinin bu təxribatçı bəyanatlarına istinad edərək belə xəbərlər tirajlayırlar ki, müharibə başlayır, müharibə başlaya bilər, qoşunlarımız cəbhə xəttinə yeridildi və sair və ilaxır və şəkillər paylaşılır. Eləcə də sosial şəbəkələr.

Azərbaycanın Müdafiə Nazirliyi də rəsmi məlumat yayımlayıb ki, bu ermənilərin növbəti təxribatından başqa bir şey deyil, qoşunlarımız heç bir dislokasiya yerini dəyişməyib.

Amma nə fayda? Bizlər öz Müdafiə Nazirliyimizin rəsmi məlumatına deyil, pəyədəki eşşəyin səsinə inanırıq.

Vallah, belə olmaz, dostlar.