adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2018 15:19
14720
DÜNYA
A- A+

KILIÇDAROĞLUDAN AKŞENERE GÖZLƏNİLMƏZ HƏDİYYƏ

Türkiyədə cümhurbaşkanlığına və millət vəkilliyinə seçkilərin gözlənilmədən 1 il 5 ay önə çəkilməsi Maral Akşenerin başkanlıq etdiyi İYİ partinin seçkilərdə iştirakını mümkünsüz eləmişdi.

Türkiyə yasalarına görə xanım Akşener cümhurbaşkanlığına adaylığı sürmək üçün qısa zaman kəsiyində 100 min imza toplamalıydı və bu imzalar da notariusda təsdiq olunmalıydı. Ya da yasalara görə parlamentdə 20 nəfərdən ibarət millət vəkili ilə təmsil olunmalıydı. İYİ partinin isə 5 millət vəkili vardı.

Ayın 21-də CHP-dən 15 millət vəkili istefa edərək İYİ partiyə qoşuldu. Beləliklə, xanım Akşenerin partiyasının Məcllisdə 20 millət vəkili oldu, xanım Akşener üçün bütün əngəllər aradan qaldırıldı.