adalet.az header logo
  • Bakı 19°C
23 Aprel 2018 15:17
14756
MƏMLƏKƏT
A- A+

TƏHSİL NAZİRLİYİNƏ

Nazirliyin hörmətli rəhbərləri, hələ düz bir il bundan qabaqdan bilirsiniz ki, aprelin 23-dən mayın 1-dək Bakıda Formula-1 yarışları keçiriləcək. Bununla əlaqədar bir çox küçələr bağlanacaq, tıxaclar yaranacaq, gediş-gəliş çətinləşəcək.

İndi uşaqların dərsə getməsi Marsa uçmaq qədər çətinləşib, bir çox məktəblərə getmək isə mümkünsüzdür.

Qardaş ölkədən örnək götürə bilərdiniz. Türkiyədə iqlimlə əlaqədar olaraq, yaxud hansısa böyük tədbirlərlə bağlı məktəblərdə məcburi tətil elan edilir. Bəzən bir gün, bəzən iki gün, bəzən də bir həftə çəkir.

Siz də belə bir addımı ata bilərdiniz, aprelin 23-dən mayın 1-nə qədər məktəbləri tətilə buraxa bilərdiniz. Ən azı həmin bölgəyə yaxın məktəbləri.

Hələ gec deyil, fikirləşməyə dəyər. Valideynlərə və körpələrə yazığınız gəlsin.

Barı heç olmasa aşağı sinif şagirdlərinə tətil verin, yuxarı sinif şagirdləri onsuz da məktəbə yox, repititor yanına gedirlər.